Cümə axşamı, 22 Avqust 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

100 manat necə xırdalanır?  - Büdcəyə baxış

İqtisadçı alim Qubad İbadoğlu 2021-ci ilin dövlət büdcəsi layihəsindəki rəqəmlərə diqqət çəkib.

Layihədə gəlirlər 25 milyard 427 milyon manat, xərclər 28 milyard 543 milyon manat göstərilir. Novator.az-ın məlumatına görə, Qubad İbadoğlu yazır ki, büdcə proqnozunda gəlirlərin hər 100 manatından 54 manat 20 qəpiyi neft sektorunun, 45 manat 80 qəpiyi qeyri-neft sektorunun çiynindədir. Layihədə neft sektoru üzrə daxilolmaların hər 100 manatından 88 manat 60 qəpiyi Dövlət Neft Fondundan köçürmə, 11 manat 40 qəpiyi vergi orqanlarının xətti ilə ödənişlər kimi verilir.

Qeyri-neft sektoru üzrə daxilolmaların hər 100 manatından 48 manat 70 qəpiyi vergi, 33 manat 50 qəpiyi gömrük orqanlarının payına düşür.

Büdcə xərclərinin hər 100 manatından 23 manat 40 qəpiyi müdafiə və milli təhlükəsizlik, məhkəmə hakimiyyəti, hüquq mühafizə orqanlarının və prokurorluğun saxlanması xərcləri, 17 manat 64 qəpiyi tikinti və şəhərsalma xərcləri, o cümlədən 7 manat 70 qəpiyi işğaldan azad olunmuş ərazilərin yenidən qurulması və bərpası üzrə vəsait, 14 manat 57 qəpiyi ümumi dövlət xidməti xərcləri, o cümlədən 7 manat 70 qəpiyi dövlət borcu üzrə ödənişlər, 12 manat 90 qəpiyi sosial müdafiə və sosial təminat, 11 manat 50 qəpiyi təhsil, 4 manat 90 qəpiyi səhiyyə, 3 manat 30 qəpiyi kənd təsərrüfatı, 1 manat 50 qəpiyi mədəniyyət, incəsənət, informasiya, bədən tərbiyəsi, gənclər siyasəti və bu qəbildən olan digər fəaliyyət, 96 qəpiyi ətraf mühitin mühafizəsi, 60 qəpiyi elm xərcləri üçün nəzərdə tutulub”.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Prezident müddətli həqiqi hərbi xidmətə çağırışla bağlı sərəncam imzalayıb

Rusiya vətəndaşı olmaq üçün qaydalar sərtləşdirilir: Nikahla bağlı yeni təklif

Ronaldonun "YouTube" kanalı abunəçi sayına görə bir neçə rekorda imza atıb - Yenilənib

Ödəmə terminalından səhvən başqasının hesabına göndərilən pul necə geri alına bilər? - Video

Fəzail İbrahimlinin təşviqat kampaniyasını uğurla davam edir

Hindistanda əczaçılıq zavodundakı partlayışda ölənlərin sayı 17 nəfərə çatıb - Yenilənib

"Deyirlər ki, onsuz da Heydər Əsədov seçilib də..." - Şirvanda namizədlər arasında qalmaqal

Kişilər və qadınlar ən çox hansı yaşda aldadırlar?

Ən çox oxunanalar